Zaqatala sakini bədbəxt hadisə nəticəsində vəfat edib - YENİLƏNİB

Zaqatala sakini bədbəxt hadisə nəticəsində vəfat edib - YENİLƏNİB
# 19 fevral 2021 09:15 (UTC +04:00)

Zaqatalada hündürlükdə iş görən zaman nərdivandan yıxılaraq xəstəxanaya yerləşdirilən şəxs vəfat edib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Tala kənd sakini, 1966-cı il təvəllüdlü Natiq Cəfər oğlu Babayev gecə xəstəxanada dünyasını dəyişib.

***

18 fevral, saat 21:09

Zaqatalada 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Tala kənd sakini 1966-cı il təvəllüdlü Natiq Cəfər oğlu Babayev kəllə-beyin travması ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub, vəziyyəti ağır qiymətləndirilir.

Müayinə zamanı N.Babayevin hündürlükdə iş görən zaman nərdivandan yıxılaraq xəsarət aldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR