Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyib

Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyib
  • Clock-gray 11:29
  • calendar-gray 02 Dekabr 2020

Zaqatalada 43 yaşlı kişi ehtiyatsızlıqdan güllə yarası alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Gözbarax kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Hüseyn Rəcəb oğlu İbiyev ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində qəfildən açılan atəş nəticəsində xəsarət alıb.

H.İbiyev yaxınlarının köməyi ilə Zaqatala rayon mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Vüqar Heydərov

Digər xəbərlər