Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb

Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb
  • Clock-gray 11:02
  • calendar-gray 16 Yanvar 2021

Zaqatala Rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə,  polislər tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni üzərində daşımaqda və saxlamaqda şübhəli bilinən rayon sakini Q.Murtuzəliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan bir ədəd kibrit qutusunda 7 qram, davam etdirilən tədbirlərlə işlədiyi avtomobil təmiri məntəqəsinə baxış keçirilən zaman isə sellofan torbada 455 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.  

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Vüqar Heydərov

Digər xəbərlər