Zaqatala sakinlərindən odlu silahlar götürülüb - FOTO

Zaqatala sakinlərindən odlu silahlar götürülüb - FOTO
# 04 fevral 2021 10:36 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ayrı-ayrı vətəndaşlar tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində bir neçə əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Danaçı kənd sakini İrfan Hacıyev və Aşağı Çardaxlar kənd sakini Sərxan Cəfərovun hər birindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR