Zaqatalada 24 yaşlı gənc bıçaqlanıb

Zaqatalada 24 yaşlı gənc bıçaqlanıb
# 06 aprel 2020 02:10 (UTC +04:00)

Zaqatala rayonunda 24 yaşlı gənc bıçaqlanıb

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Car kənd sakini, 1996-cı il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Musayev bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı İ.Musayevin yaşadığı kəndin ərazisində bıçaqlandığı məlum olub. Yaralı dərhal cərrahiyyə əməliyyatına götürülüb.

İ.Musayevi bıçaqlayan şəxsin hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR