Zaqatalada 35 yaşlı kişi evində ölü tapılıb

Zaqatalada 35 yaşlı kişi evində ölü tapılıb
# 05 dekabr 2019 10:32 (UTC +04:00)

Zaqatalada evdən meyt tapılıb.

APA-nın şimal-qərb bürosunuin məlumatına görə, hadisə dekabrın 4-ü Zaqatala şəhəri, Hacı Zeynaləddin Tağıyev küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1984-cü il təvəllüdlü Elvin Eldar oğlu Ələkbərovun meyiti qonşuları tərəfindən aşkar edilib.

Hadisə yerinə çağrılmış təcili tibbi yardım briqadasının və hüquq-mühafizə orqan işçilərinin ilkin rəyi nəticəsində Elvin Ələkbərovun meyitinin üzərində heç-bir zorakılıq əlamətləri aşkar edilməyib. Elvin Ələkbərovun meyiti müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyinin Zaqatala rayon şöbəsinə təvhil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR