Zaqatalada avtomobil 3 piyadanı vurub

Zaqatalada avtomobil 3 piyadanı  vurub
# 21 fevral 2021 18:58 (UTC +04:00)

Zaqatalada üç piyadanı minik avtomobili vurub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunda baş verib.

Şəki rayon sakini, 1997-ci il təvəlldlü Murad Vüqar oğlu İsayev, Zaqatala rayonu Yeni Suvagil kənd sakinləri 2001-ci il təvəllüdlü Turan Murad oğlu Musayev və 1996-cı il təvəllüdlü Nail Kənan oğlu Eyvazov minik avtomobili tərəfindən vurulub. Qəza zamanı xəsarət alan piyadalar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Piyadaların vəziyyətlərinin orta-ağır olduğu və müalicələrinin xəstəxanada davam etdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR