Zaqatalada avtoqəza zamanı xəsarət alan 4 nəfərin kimliyi məlum olub - YENİLƏNİB

Zaqatalada avtoqəza zamanı xəsarət alan 4 nəfərin kimliyi məlum olub - YENİLƏNİB
# 17 yanvar 2020 20:46 (UTC +04:00)

Zaqatalada baş vermiş yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, avtoqəza zamanı 4 nəfər xəsarət alıb.

Bunlar rayonun Muxax kənd sakinləri, 1961-ci il təvəllüdlü Abdulməcid Abakar oğlu Əhmədov, 1956-cı il təvəllüdlü Məhəmməd Şaban oğlu Şabanov, Zaqatala şəhər sakinləri, 1986-cı il təvəllüdlü Sərxan Seyfulla oğlu Qurbanov və 2015-ci il təvəllüdlü Süleyman Emil oğlu Süleymanovdur. Yaralılardan A.Əhmədovun müalicəsi Cərrahiyyə şöbəsində aparılır. Digər yaralılar ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Saat 17:58

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Muxax avtomobil yolunda qeydə alınıb. “Mercedes” markalı, 99 GD 901 dövlət nömrə nişanlı avtomobil “VAZ 2107” markalı maşınla toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR