Zaqatalada evdə məclis təşkil edənlər məsuliyyətə cəlb olunub - FOTO

Zaqatalada evdə məclis təşkil edənlər məsuliyyətə cəlb olunub - FOTO
# 31 mart 2021 11:57 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər zamanı Əliabad qəsəbəsindəki fərdi yaşayış evində yığıncaq təşkil olunduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polislər tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkarlanıb və məclisi təşkil edən 5 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR