Zaqatalada evdə yanğın olub

Zaqatalada evdə yanğın olub
# 20 fevral 2021 17:17 (UTC +04:00)

Zaqatala rayonunda evdə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Mosul kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin çardağının yanar konstruksiyaları 5 m² sahədə və tavanı 1 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR