Zaqatalada karantin qaydalarını pozan çay evi aşkarlanıb

Zaqatalada karantin qaydalarını pozan çay evi aşkarlanıb
# 19 fevral 2021 13:55 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, şəhərin Vidadi küçəsində yerləşən “Şirin həyat” adlı çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub. Obyekti icarə əsasında işlədən rayonun Aşağı Tala kənd sakini Orxan Ramazanov və orada olan 6 nəfər Polis Şöbəsinə gətirilib.

Onların hər biri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR