Zaqatalada qoyun oğruları tutulub - FOTO

Zaqatalada qoyun oğruları tutulub - FOTO
# 15 fevral 2021 11:32 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Kəbəloba kənd sakini Şaban Carayev ona məxsus kənarları hasarlı torpaq sahəsindən ümumi dəyəri 4 min manata yaxın olan 22 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qoyunları oğurlayan şəxslərin Zaqatala rayon sakinləri-Natiq və Sərxan Ramazanovlar olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları heyvanlar isə həmin şəxslərdən götürülərək sahibinə geri qaytarılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR