Zaqatalada yeniyetmə dəm qazından zəhərlənərək ölüb

Zaqatalada yeniyetmə dəm qazından zəhərlənərək ölüb
# 28 noyabr 2020 08:58 (UTC +04:00)

Noyabrın 27-i axşam saat 22 radələrində Zaqatalanın Qazangül qəsəbə sakini, 2007-ci il təvəllüdlü Akif Eldar oğlu Xasiyev kamatoz vəziyyətdə rayon xəstəxanaya daxil olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, müayinə zamanı 13 yaşlı A.Xasiyevin yaşadığı evin hamamında dəm qazından zəhərləndiyi məlum olub.

Həkimlərin səyinə baxmayaraq A.Xasiyev xəstəxanaya daxil olduqdan bir qədər sonra həyatını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR