Zaqatalada yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Zaqatalada yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 11 noyabr 2020 12:38 (UTC +04:00)

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, noyabrın 10-da saat 18 radələrində Zaqatala rayonunun Suvagil kəndi ərazisində kənd sakini Samir Turacov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarına aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü ölüb, 3 sərnişinin vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR