Zaqatalada yol qəzasında bir nəfər ağır xəsarət alıb

Zaqatalada yol qəzasında bir nəfər ağır xəsarət alıb
# 02 fevral 2020 08:34 (UTC +04:00)

Ötən gecə saat 23 radələrində Zaqatala rayonunun Danaçı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, kənd sakini, 1952-ci il təvəllüdlü Abdurəhman Məmmədrəsul oğlu Hudulov idarə etdiyi qoşqulu motosikleti aşırıb.

Qəza zamanı qapalı kəllə-beyin travması alan A.Hudulov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR