Zaqatalada yol qəzasında sürücü vəfat edib - YENİLƏNİB

Zaqatalada yol qəzasında sürücü vəfat edib - YENİLƏNİB
  • Clock-gray 07:47
  • calendar-gray 25 Yanvar 2021

Zaqatalada yol qəzasında xəsarət alan sürücü axşam saatlarında vəfat edib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə,o, xəstəxanada dünyasını dəyişib.

***

24 yanvar, saat 21.22

Bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Muxax kənd inzibati ərazisindən keçən hissəsində yol qəzası baş verib. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Anar Abdulla oğlu Musayev idarə etdiyi “VAZ 21099” markalı 62 BD 401 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Musayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Verilən məlumata görə, A.Musayeva açıq kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. 

Faktla bağlı araşdırma aparılır. 

Vüqar Heydərov

Digər xəbərlər