Zaqatalada yük maşınında yanğın olub

Zaqatalada yük maşınında yanğın olub
# 03 noyabr 2020 08:55 (UTC +04:00)

Zaqatalada yük maşını yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

1971-ci il təvəllüdlü Elçin Yəhya oğlu Emçiyev idarə etdiyi “KamAZ” markalı yük maşını ilə Balakən rayonu istiqamətində hərəkətdə olarkən maşının kabinə hissəsində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində yük maşınının kabinə hissəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR