Zığ-Hava limanı yolunda zəncirvari qəza baş verib - FOTO

Zığ-Hava limanı yolunda zəncirvari qəza baş verib - FOTO
# 22 yanvar 2021 09:19 (UTC +04:00)

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya bildirilib ki, Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib. Məlumat üçün bildirək gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib.

"Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq bir daha sürücülərdən ehtiyyatlı olmalarını və meteoroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik", - BNA-dan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR