Zərdab və Sabirabad sakinlərindən ov tüfəngləri götürülüb

Zərdab və Sabirabad sakinlərindən ov tüfəngləri götürülüb
  • Clock-gray 13:03
  • calendar-gray 16 Yanvar 2021

Zərdab və Sabirabad sakinlərindən qanunsuz odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pərvanlı kənd sakini Ü.Mecidovdan  müvafiq sənədləri olmayan “İJ-K” markalı  yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Sabirabad polisi tərəfindən keçirilən əməliyyat tədbiri ilə  isə Ulacalı kənd sakini X.Abdullayevdən müvafiq sənədləri olmayan “CİFSAN” markalı yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.

 

Sail Ağasəlim

Digər xəbərlər