Zərdabda bir tondan artıq çətənə bitkisi məhv edilib

Zərdabda bir tondan artıq çətənə bitkisi məhv edilib
  • Clock-gray 18:29
  • calendar-gray 06 İyun 2020

Zərdabda 1 tondan artıq çətənə bitkisi məhv edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bıçaqçı kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. 

Tədbir zamanı hündürlüyü 150-170 santimetr olan 2830 ədəd, çəkisi isə 1 tondan artıq çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

Əsmər Qabil

Digər xəbərlər