Zərdabda narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum saxlanılıb

Zərdabda narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum saxlanılıb
  • Clock-gray 14:28
  • calendar-gray 30 Yanvar 2021

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsi və satışında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, RPŞ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Sahib Həsənov tutulub. Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı, S.Həsənovdan sellofan torbada təmiz çəkisi 500  qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitənin ona məxsus olduğunu etiraf edib və öz istifadəsi ilə yanaşı, satmaq niyyəti ilə əldə etdiyini etiraf edib.

Qeyd olunan faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Səlcuq Elçin

Digər xəbərlər