Ucarda traktor qaz xəttinin üstünə aşıb, 300 abonentin qazı kəsilib - FOTO

Ucarda traktor qaz xəttinin üstünə aşıb, 300 abonentin qazı kəsilib - FOTO
# 28 yanvar 2020 09:29 (UTC +04:00)

Yanvarın 28-də səhər saatlarında Zərdab pambıqtəmizləmə zavoduna məxsus texnika Ucar rayonunun Qazyan kəndi ərazisində diametri 108 mm olan yerüstü qaz xəttinin üzərinə aşıb.

"Azəriqaz" İB-dən APA-ya verilən xəbərə görə, nəticədə qaz xətti qırılıb. Qazyan kəndinin bir hissəsi – təqribən 300 abonentin qaz təminatında fasilə yaranıb. Hadisənin səbəbləri araşdırılır və fəsadların tezliklə aradan qaldırılması üçün tədbirlərin görülməsinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR