DİN-in polkovniki Türkiyədə vəfat edib

DİN-in polkovniki Türkiyədə vəfat edib
# 24 avqust 2019 14:33 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar şöbəsinin rəisi, polis polkovniki Azər Sadıqov vəfat edib.

Bu barədə APA-ya mərhumun qohumları məlumat verib. Onların bildirdiyinə görə, A.Sadıqov bir neçə gün əvvəl əməliyyat olunmaq üçün Türkiyəyə gedib. Polis polkovniki Türkiyədə dünyasını dəyişib.

A.Sadıqovun meyiti bu gün Azərbaycana gətiriləcək. Mərhumun sabah dəfn olunacağı bildirilir.

Qeyd edək ki, A.Sadıqov Bakı Dövlət Universitetinin keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkənidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR