Abşeron rayonunda 9 yaşlı qızı avtomobil vurub

Abşeron rayonunda 9 yaşlı qızı avtomobil vurub
# 19 sentyabr 2019 21:59 (UTC +04:00)

Abşeron rayonu Masazır qəsəbəsində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə zamanı minik avtomobili 2010-cu il təvəllüdlü Əliyeva Samirə Samir qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR