Abşeron rayonunda yol qəzasında 4 nəfər yaralanıb

Abşeron rayonunda yol qəzasında 4 nəfər yaralanıb 
  • Clock-gray 22:44
  • calendar-gray 19 Avqust 2019

 

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, minik avtomobilinin qəzaya uğraması zamanı maşında olan 4 nəfər - 1982-ci il təvəllüdlü Məmmədov Samir Ali oğlu, 1992-ci il təvəllüdlü Rəhimov İntiqam Məhərrəm oğlu, 1992-ci il təvəllüdlü Aslanov Samir Aslan oğlu və 1987-ci il təvəllüdlü Babayev Babək Nazim oğlu yaralanıb.

Xəsarət alan 4 nəfər təcili olaraq xəstəxanaya çatdırılıb. S.Məmmədova döş qəfəsinin və qarının küt travması, İ.Rəhimova boyunun əzilməsi, S.Aslanova qarının küt travması, B.Babayevə isə döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
 

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date