Novxanı kəndində ev yanıb

Novxanı kəndində ev yanıb
# 02 dekabr 2022 22:22 (UTC +04:00)

Abşeron rayonunda ev yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Novxanı kəndində ümumi sahəsi 170 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 18 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR