Abşeron sakinini bıçaqla hədələyib pulunu və telefonunu alıblar

Abşeron sakinini bıçaqla hədələyib pulunu və telefonunu alıblar
# 25 iyun 2019 16:56 (UTC +04:00)

Abşeron sakininə qarşı quldurluq olub.

APA-nın məlumatına görə, rayon sakini Habil Məmmədov DİN-in 102 zəng mərkəzinə müraciət edərək bildirib ki, gecə saat 2 radələrində “Manqal” kafesində olan zaman yanında tanımadığı bir şəxs əyləşib. Həmin şəxs o evə gedəndə onunla birlikdə kafedən çıxaraq, onu bıçaqla hədələyərək 150 manat pulunu və telefonunu ələ keçirib.

Faktla bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR