Abşerona polis rəisi təyin edilib

Abşerona polis rəisi təyin edilib
# 01 fevral 2023 16:10 (UTC +04:00)

Abşeron rayon Polis İdarəsinə rəis təyin olunub.

APA xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Musa Musayev Abşeron rayon Polis İdarəsinə təyin edilib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev APA-ya məlumatı təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR