Abşeronda 2 avtomobil toqquşub, ölən var

Abşeronda 2 avtomobil toqquşub, ölən var
# 29 iyun 2022 11:01 (UTC +04:00)

Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 28-də saat 14 radələrində Abşeron rayonunun Məmmədli kəndi ərazisində Bakı şəhər sakini R.Əsgərovun idarə etdiyi “DAF” və Tovuz rayon sakini Elman Qəhrəmanovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə E.Qəhrəmanov hadisə yerində ölüb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR