Abşeronda 2 mərtəbəli ev yanıb

Abşeronda 2 mərtəbəli ev yanıb
# 17 mart 2023 18:40 (UTC +04:00)

Abşeron rayonunda yanğın olub.

FHN-dən APA-ya verilən məlumata görə, rayonun Görədil kəndində ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otaq, mətbəx və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR