Abşeronda evdən 4500 manatlıq oğurluq olub

Abşeronda evdən 4500 manatlıq oğurluq olub
# 15 noyabr 2019 12:56 (UTC +04:00)

Abşeronda ev qarət edilib.

Daxili İşlər Nazirliyindən (DİN) APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 12-də rayon ərazisindəki evlərin birindən 3000 manat, 1500 manat dəyərində qızıl-zinət və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri O.Paşazadə və əvvəllər məhkum olunmuş Ə.Savdumov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR