Abşeronda ağır yol qəzası baş verib, xəsarət alanlar var - FOTO - VİDEO

 Abşeronda ağır yol qəzası baş verib, xəsarət alanlar var  - FOTO  - VİDEO
# 07 yanvar 2022 04:11 (UTC +04:00)

Masazır qəsəbəsində yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Masazır dairəsində qeydə alınıb.

“Kia” markalı avtomobilin sürücüsü dairədə hərəkətdə olan “Hyundai” markalı nəqliyyat vasitəsinə yol verməyib. Nəticədə “Hyundai” qəza zamanı divara çırpılıb. Qəza zamanı iki nəfər xəsarət alıb. “Hyundai” markalı avtomobilin xəsarət alan sürücüsü salonda sıxışıb qaldığından əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Sıxışıb qalan sürücü çıxarılaraq təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib.
Abşeron Rayon Polis İdarəsinin təhqiqatçısı avtotexniki ekspertiza təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR