Abşeronda avtomobil aşıb, azyaşlılar xəsarət alıb - FOTO - VİDEO

Abşeronda avtomobil aşıb, azyaşlılar xəsarət alıb  - FOTO  - VİDEO
# 13 may 2022 01:33 (UTC +04:00)

Masazır qəsəbəsində idarəetmədən çıxan avtomobil aşıb.

APA xəbər verir ki, hadisə Novxanı şosesində qeydə alınıb.

Xanım sürücü idarəetməsində olan “BMW” markalı maşınla yol kənarında yerləşən duz gölünə aşıb. Qəza nəticəsində sürücü və onun üç azyaşlı övladı müxtəlif bədən xəsarətləri alaraq 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR