Abşeronda avtomobil kranla toqquşub, biri uşaq olmaqla iki nəfər ölüb

Abşeronda avtomobil kranla toqquşub, biri uşaq olmaqla iki nəfər ölüb
# 29 mart 2023 09:19 (UTC +04:00)

Abşeronda kranla avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

İsmayıl Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə Ehtiram Fərzalıyevin idarə etdiyi "İVECO" markalı kran avtomobili ilə toqquşub. Nəticədə minik avtomobillində olan 1973-cü il təvəllüdlü Afət Əhmədova və 2017-ci il təvəllüdlü Zəminə Hüseynli ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR