Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
# 25 aprel 2022 10:11 (UTC +04:00)

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən APA-ya verilən xəbərə görə, aprelin 23-də saat 7 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində Bakı şəhər sakini O.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Adil Hüseynovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR