Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
# 07 yanvar 2023 21:07 (UTC +04:00)

Abşeronda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, Abşeron rayonu Saray qəsəbəsində “Mercedes” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün şəxsiyyəti və avtomobil müəyyən edilib.

Onun saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR