Abşeronda bir evdə 3 nəfərin çürümüş meyiti aşkarlanıb - YENİLƏNİB - VİDEO

Abşeronda bir evdə 3 nəfərin çürümüş meyiti aşkarlanıb - YENİLƏNİB  - VİDEO
# 07 yanvar 2022 12:24 (UTC +04:00)

Abşeron rayonunda bir evdə 3 nəfərin dəm qazından boğularaq ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb. Evlərdən birində 3 kişi meyiti aşkar edilib. Meyitlərə keçirilən baxış zamanı onların dəm qazından boğularaq öldüyü məlum olub. Hadisənin bir müddət əvvəl baş verdiyi ehtimal olunur. Belə ki, hər 3 meyit çürümüş vəziyyətdə olub. Ölən şəxslərin İmişli rayon sakinləri - 1966-cı il təvəllüdlü Nərimanov Akif Bəybala oğlu, 1965-ci il təvəllüdlü Əliyev Gülağa Kamil oğlu və 1981-ci il təvəllüdlü Alışov Elşən Eldar oğlu olduğu müəyyən edilib.

Onlar həmin evdə təmir işləri aparıb, orada da qalırmışlar.

***

12.11

Abşeron rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, ötən gün Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Ramil Zeynallı

Səlcuq Elçin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR