Abşeronda ər keçmiş həyat yoldaşını qətlə yetirib - FOTO - VİDEO

Abşeronda ər keçmiş həyat yoldaşını qətlə yetirib  - FOTO  - VİDEO
# 31 may 2022 02:43 (UTC +04:00)

Abşeron Gənclər Şəhərciyində qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

1995-ci il təvəllüdlü Rəqsanə Muradova keçmiş əri tərəfindən binanın həyətində bıçaqlanıb. Qadına ümumilikdə 6 bıçaq zərbəsi vurulub.

Yaralı qadın xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, R.Muradova həyat yoldaşından bir neçə ay əvvəl ayrılıb. Onların birgə nigahından iki azyaşlı övladı var. R.Muradovanın keçmiş əri öz bibisi oğlu olub.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR