Abşeronda 3 otaqlı evdə yanğın baş verib.
FHN-dən APA-ya verilən xəbərə görə, Abşeron rayonunun Fatmayı kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.