Abşeronda evdən 24 min dollar oğurlanıb - VİDEO

Abşeronda evdən 24 min dollar oğurlanıb - VİDEO
# 22 fevral 2023 10:49 (UTC +04:00)

Abşeron rayonunun Digah qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidfmətindən APA-ya verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Araşdırmalarla müəyyən edilib ki, 2022-ci il sentyabr-oktyabr ayları ərzində həmin evdən 3.000 manat, 24.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Nurlan Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR