Abşeronda fəhlə nərdivandan ylxılaraq ölüb

Abşeronda fəhlə nərdivandan ylxılaraq ölüb
# 31 may 2023 11:52 (UTC +04:00)

Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Abşeron rayon prokurorluğundan APA-ya verilən məlumata görə, mayın 30-u saat 11 radələrində Abşeron rayonu ərazisində yerləşən anbarların birində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Əhmədovun iş yerində almış olduğu xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Tahir Əhmədovun iş yerində nərdivandan yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR