Abşeronda gənc oğlan naməlum şəraitdə bıçaqlanıb

Abşeronda gənc oğlan naməlum şəraitdə bıçaqlanıb
# 05 sentyabr 2022 04:42 (UTC +04:00)

Masazır qəsəbəsində bıçaqlanma baş verib.

APA xəbər verir ki, hadisə “Zəngilan şəhərciyi”ndə qeydə alınıb.

Belə ki, 2006-ci il təvəllüdlü Allahverdiyev Eşqin Seymur oğlu naməlum şəraitdə qarın nahiyyəsindən bıçaqlanıb.

O, aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR