Abşeronda gənc qızı avtomobil vurub

Abşeronda gənc qızı avtomobil vurub
# 16 noyabr 2022 07:32 (UTC +04:00)

Xırdalan şəhərində yol qəzası zamanı 18 yaşlı qız ağır xəsarət alıb.

APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Xırdalan dairəsi ərazisində qeydə alınıb.

2004-cü il təvəllüdlü Məmmədova Xumar İlqar qızı yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR