Abşeronda gömrük işçisi sərxoş halda qəza törədib, xəsarət alan var - FOTO

Abşeronda gömrük işçisi sərxoş halda qəza törədib, xəsarət alan var - FOTO
# 23 dekabr 2021 05:00 (UTC +04:00)

Novxanı-Binəqədi şossesində yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Novxanı qəsəbəsində baş verib.

1986-cı il təvəllüdlü Vəliyev Samir Bəhram oğlu idarə etdiyi “KİA Optima” markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edərkən “KİA Rio” markalı maşına çırpılıb.

Zərbə o qədər güclü olub ki, S.Vəliyevin idarə etdiyi maşın yol kənarındakı nişana, daha sonra işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində “KİA Rio” markalı maşının sərnişini, 1994-cü il təvəllüdlü Qasımova Nuranə Mübariz qızı ağır bədən xəsarət alıb. Sərnişin xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, S.Vəliyev ağır dərəcəli sərxoş halda avtomobili idarə edib.

Qeyd edək ki, S.Vəliyev Beynəlxalq Hava Limanında xidmətə çıxan Dövlət Gömrük Komitəsinin leytenant xüsusi rütbəsində olan zabitidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR