Abşeronda huşunu itirən sürücü avtomobili dirəyə çırpıb

Abşeronda huşunu itirən sürücü avtomobili dirəyə çırpıb
# 22 mart 2023 02:45 (UTC +04:00)

Xırdalanda avtomobil qəzaya uğrayıb.

APA xəbər verir ki, qəza Xırdalan şəhərində Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Hüseynov Əfqan Hümbət oğlu idarə etdiyi “Ravon” markalı avtomobildə huşunu itirib.

İdarəetmədən çıxan maşın işıq dirəyinə çırpılıb. Sürücü ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR