Abşeronda keçmiş məhkumdan 1 kiloqramdan artıq heroin götürülüb

Abşeronda keçmiş məhkumdan  1 kiloqramdan artıq heroin götürülüb
# 21 mart 2023 11:04 (UTC +04:00)

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, üzərinə baxış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR