Abşeronda mebel mağazası, Binəqədidə sex yanıb

Abşeronda mebel mağazası, Binəqədidə sex yanıb
# 14 yanvar 2022 08:44 (UTC +04:00)

Abşeron rayonunun Xırdalan şəhərində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 1500 m² (hər mərtəbəsi 750 m²) olan ikimərtəbəli mebel mağazasının fasad üzlüyü (alkapondan ibarət) 80 m² sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik digər mağazalar yanğından mühafizə olunub.

Bakı şəhərinin Binəqədi rayonunda isə ümumi sahəsi 270 m² olan qapı-pəncərə sexinin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb, yüksək temperaturdan damın altına yığılan plastikdən ibarət profillər əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR