Abşeronda yolu keçən qadını maşın vuraraq öldürüb

Abşeronda yolu keçən qadını maşın vuraraq öldürüb
# 16 noyabr 2019 13:11 (UTC +04:00)

Abşeronda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 15-də saat 19 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Ağcabədi rayon sakini İ.Məhəmmədli idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səbinə Həsənovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR