Abşeronda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

Abşeronda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO
# 17 yanvar 2023 14:10 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Məmmədli kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR