Abşeronda yaşlı kişi bıçaqlanıb

Abşeronda yaşlı kişi bıçaqlanıb
# 25 sentyabr 2022 05:03 (UTC +04:00)

Mehdiabad qəsəbəsində dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə qəsəbədə yerləşən Gənclər şəhərciyində baş verib.

1962-ci il təvəllüdlü Rasim Qəhrəmanov tanışı tərəfindən yaşadığı binanın yaxınlığında bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR